“Müsəlman qardaşları”nın liderlərindən biri həbsxanada vəfat edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365931-müsəlman_qardaşları_nın_liderlərindən_biri_həbsxanada_vəfat_edib
“Müsəlman qardaşları” hərəkatının liderlərindən olan Essam al-Erian Misirdə həbsxanada vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2020 20:51 Asia/Baku
  • “Müsəlman qardaşları”nın liderlərindən biri həbsxanada vəfat edib

“Müsəlman qardaşları” hərəkatının liderlərindən olan Essam al-Erian Misirdə həbsxanada vəfat edib.

 SəhərAzəri “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili bildirib. 

Vəkil qeyd edib ki, Essam al-Erianın ölümü ilə bağlı onun ailəsinə məlumat verilib.  

Misir mətbuatı Essam al-Erianın ürək tutmasından vəfat etdiyini yazıb. 

Qeyd edək ki, 66 yaşlı Essam al-Erian 2013-cü sabiq Prezident Məhəmməd Mursinin devrilməsindən sonra həbs olunub. O, “Müsəlman qardaşları”nın siyasi qanadının (indiki Azadlıq və Ədalət Partiyası) vitse-prezidenti idi. 

Essam al-Eriana zorakılıq, qətl və casusluq ittihamları irəli sürülüb və həbs edilib.