Beyrut limanının baş direktoru barəsində həbs qərarı verildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366159-beyrut_limanının_baş_direktoru_barəsində_həbs_qərarı_verildi
Beyrut limanında partlayış hadisəsi üzrə xüsusi müstəntiq Fadi Suan limanın baş direktoru barəsində həbs qərarı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2020 13:52 Asia/Baku
  • Beyrut limanının baş direktoru barəsində həbs qərarı verildi

Beyrut limanında partlayış hadisəsi üzrə xüsusi müstəntiq Fadi Suan limanın baş direktoru barəsində həbs qərarı verib.

SəhərAzəri Farsnews-a istinadla xəbər verir, Livanın sabiq baş naziri Səəd Əl-Həririnin sədri olduğu Əl-Mustaqbəl Partiyasından verilən açıqlamaya görə, Beyrut limanının baş direktoru Həsən Qaritam bu gün (18 avqust) vəkil Səxr Əl-Haşimin iştirakı ilə dindirilib.

Görüşdən təxminən üç saat sonra, prokuror Suan Beyrutdakı 12 nömrəli anbarda materialların saxlanması üçün birbaşa məsuliyyət daşıdığına görə Qaritam barəsində həbs qərarı verib.

Avqustun 4-də Beyrut limanının partlaması nəticəsində bu günə qədər 170-dən çox insan həlak olmuş və 20-dən çox insan itkin düşmüşdür.

Fadi Suan dünən Livan gömrüyünün baş direktoru Bədri Zahirin Beyrut partlayışı ilə sorğuladıqdan sonra həbs etmişdi.