Avq 18, 2020 20:39 Asia/Baku
  • Suriya xalqı ABŞ qüvvələrinin orduya hücum etdiyinə görə etiraza qalxdı

Suriyanın Əl-Hasəkə əyaləti və Qamışlı şəhərlərinin bir qrup sakini dünən (17 avqust) ABŞ helikopterlərinin Qamışlının kənarındakı Suriya ordusunun nəzarət-buraxılış postuna hücumunu pisləyərək, bu şəhərlərin mərkəzi meydanına toplaşıblar.

SəhərAzəri SANA-ya istinadla xəbər verir, nümayişçilər işğalçı Amerika qüvvələrini Suriyadan qovmaq üçün xalq müqavimətinin artırılmasına və orduya dəstək olmağa çağıran şüarlar səsləndiriblər.

Məlumata görə, qəzəbli etirazçılar Amerika bayrağını da yandırıblar.

Suriyalılar amerikalıların hegemonluğu və qəddarlığı qarşısında səssiz qalmayacaqlarını bildiriblər.

Teqlər