Avq 19, 2020 08:26 Asia/Baku
  • Sionistlər bir daha Qəzzə zolağını hədəfə alıblar

Fələstin mənbələri sionist rejimin bu gün səhər saatlarında Qəzzə zolağına hava hücumundan xəbər veriblər.

SəhərAzəri xəbər verir, Fələstinin İnformasiya Mərkəzindən verilən məlumata görə, sionist rejimin qırıcıları Qəzzə zolağında yerləşən Həyyəl-Zeytun bölgəsini bir ədəd raketlə hədəfə alıblar.

Son bir həftədə işğalçı hərbçilər hər səhər əsassız bəhanələrlə Qəzzə zolağına hava zərbələri endiriblər.

Sionist rejimi 2017-ci ilin dekabr ayından Qəzzə zolağına hava hücumlarının yeni dalğasına start verib.

Bu rejimin hücumları nəticəsində indiyədək minlərlə fələstinli yaralanıb və ya şəhid edilib.

Qəzzə zolağı 2006-cı ildən bəri İsrail rejimi tərəfindən hava, quru və dənizdən mühasirəyə alınıb nəticədə bu zolağın sakinləri bir çox problemlərlə üzləşiblər.

Teqlər