HƏMAS dünya parlamentləri və başçılarını Fələstini dəstəkləməyə çağırıb
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü dünya parlamentləri və siyasi rəhbərlərini sionist rejiminin fitnələri qarşısında Fələstini dəstəkləməyə çağırıb.
SəhərAzəri xəbər verir, "Əl-Əlam Əl-Hərbi" İnformasiya Qrupunun məlumatına görə, HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil Əl-Həyyə sionist rejimlə sülh yolunu seçən ölkələri Fələstindən maraqlarına çatmaq üçün bir körpü kimi istifadə etməməyə çağırıb.
Əl-Həyyə BƏƏ-nin sionist rejimi ilə əlaqələri normallaşdırmasına dair hərəkətini qınayıb və əlavə edib: "İşğalçılıq qarşısında hərtərəfli mübarizədən başqa bir çarə yoxdur".
BƏƏ ilə sionist rejimi arasında münasibətlərin normallaşdırılmasını asanlaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampın ardıcıl səyləri nəticəsində tərəflər avqustun 13-də diplomatik əlaqələrin adiləşdirilməsinə dair razılıq əldə ediblər.
Bu anlaşma İslam ölkələri və Fələstinin müqavimət qruplarının kəskin qınağına səbəb olub.