Avq 21, 2020 13:02 Asia/Baku
  • Ərəbistan rəsmilərindən bir qrupu kənarlaşdırılıb

Səud kralı bir fərmanla bu ölkənin bir qrup hökumət rəsmisini korrupsiya və torpaqtutma ittihamı kənarlaşdırıb.

SəhərAzəri xəbər verir, Salman bin Əbduləziz bu gün Əmləc və Əlvəch vilayətlərinin valiləri, eləcə də həmin vilayətlərin sərhəd qüvvələri komandanlarını vəzifələrindən uzaqlaşdırıb.

Bu fərmanda həmçinin daxili işlər nazirliyinin pozuntular və bu işlərə baxılması üzrə məsul şəxsi və onun müavini, eləcə də müqəddəs Mədinə şəhəri, Təbuk və Əsir şəhərlərinin qanun pozuntuları idarələrinin məsul şəxsləri kənarlaşdırılıblar.

Salman həmçinin müqəddəs Mədinə şəhəri, Təbuk bölgəsinin merləri və Əmləc, Əlvəch və Əlsudə şəhər şuralarının sədrlərini vəzifələrindən çıxarıb.

Qırmızı dəniz və Ələla turizm bölgələri üzrə layihələrin məsul şəxsləri də korrupsiya və torpaqtutma ittihamları ilə kənarlaşdırılıblar.

Teqlər