“İraqdakı Amerika şirkətləri ölkənin pullarını talan edir”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366514-İraqdakı_amerika_şirkətləri_ölkənin_pullarını_talan_edir
İraqın Fəth koalisiyasının üzvü ABŞ-ın İraq iqtisadiyyatını dəstəkləməkdə ciddi olmadığını söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2020 11:28 Asia/Baku
  • “İraqdakı Amerika şirkətləri ölkənin pullarını talan edir”

İraqın Fəth koalisiyasının üzvü ABŞ-ın İraq iqtisadiyyatını dəstəkləməkdə ciddi olmadığını söyləyib.

SəhərAzəri xəbər verir, Həsən Şakir Kaabi ABŞ-ın İraq iqtisadiyyatına dəstək verməkdə ciddi olmadığını deyib:   "Bu ölkədə müxtəlif layihələr həyata keçirmək üçün İraqa girən Amerika şirkətlərinin hamısı, xüsusən də elektrik sektorunda heç bir şey əldə etməmiş və öhdəliklərini yerinə yetirməmişdir. İraq bu illər ərzində ABŞ ilə müqavilələr imzalayıb, lakin faktiki olaraq heç bir tədbir görülməyib. Hətta bu yaxınlarda İraqın Baş Naziri Mustafa Kaziminin ABŞ-da imzaladığı anlaşma memorandumu yalnız təbliğat və media məqsədləri üçün idi. Amerikalılar 2003-cü ildən bəri İraq iqtisadiyyatına dəstək vermək üçün heç bir şey etməyib. İraqın çox miqdarda pulu talan edilib və Amerika şirkətləri tərəfindən İraqda heç bir tədbir görülməyib".