Sionist rejim Qəzzə zolağına qarşı təzyiqləri artırıb
Sionist rejim mühasirə altında olan Qəzzə əhalisinə qarşı təzyiqlərinin davamında bu zolağa hər cür yanacağın daxil olmasını naməlum müddətədək qadağan edib.
SəhərAzəri xəbər verir, «Valla» sionist saytı bu gün bildiribdir ki, sionist rejimin müharibə nazirliyi son illər ərzində ilk dəfə olaraq, «Kərəm Əbu Salim» keçidində yanacaqçatdırma şirkətləri işçilərinin hər cür fəaliyyətini dayandırıbdır.
Bundan öncə Qəzzə zolağında elektrikpaylama şirkətinin məsul şəxsi Muhəmməd Sabit demişdi ki, bu bölgəyə yanacağın girişinin qadağan edilməsi Qəzzədəki yeganə elektrik stansiyasının işinin dayanmasına bais olacaq və elektrik cərəyanının kəsilməsi müxtəlif sektorların işinin dayanmasına və evlərin işığının kəsilməsinə gətirib çıxaracaqdır.
Sionist rejimin təhlükəsizlik üzrə məsul şəxsləri bildiriblər ki, hər cür yanacağın Qəzzə zolağına girişinin qadağan olunması qərarı Qəzzə sərhədlərində gərginliyin şiddətlənməsindən sonra qəbul olunubdur.
Sionist rejim ordusu bu gün səhər bir daha Qəzzədə bəzi bölgələri bombalayıb və onun ardınca Fələstin müqaviməti də cavab addımında işğal olunmuş əraziləri altı ədəd raketlə hədəfə alıbdır.