Mişel Oun:
Livan misilsiz böhran qarşısında
Avq 30, 2020 22:52 Asia/Baku
Livan prezidenti artmaqda olan siyasi və iqtisadi problemlər fonunda ölkəsinin misilsiz böhranla üz-üzə olduğunu dedi.
Səhər Azəri bildirir ki, Mişel Oun bu sözləri bazar günü Livan ölkəsinin təsis edilməsinin 100 illiyi münasibətilə etdiyi çıxışda deyib.
Livan prezidenti öz çıxışında deyib: Bu ilki bayram çoxsaylı böhranlar və problemlər ilə üst-üstə düşdüyü üçün şənlik edəcək bir vəziyyətdə deyilik. Amma, buna baxmayaraq mövcud vəziyyətin dəyişəcəyinə ümid edirik.
Mişel Oun əlavə edib: Livan bu gün üst-üstə qalaqlanan siyasi və iqtisadi problemlər üzündən misilsiz böhran ilə üz-üzədir.