İraqın "Saerun" koalisiyası "Dəclə" şəbəkəsini baykot edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366713-İraqın_saerun_koalisiyası_dəclə_şəbəkəsini_baykot_edib
İraqın "Saerun" koalisiyası Aşura gününü təhqir etdiyinə görə "Dəclə" şəbəkəsini boykot edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2020 05:25 Asia/Baku
  • İraqın

İraqın "Saerun" koalisiyası Aşura gününü təhqir etdiyinə görə "Dəclə" şəbəkəsini boykot edib.

SəhərAzəri xəbər verir, Sözü gedən kanal Aşura günü təhqiramiz bir hərəkətdə verilişlərindən birində rəaqslər və mahnılar yayımlayıbdır ki, bu məsələ İraq xalqının kəskin etirazına səbəb olub.

İraqın "Əl-İtticah" xəbər portalının məlumatına görə, Saerun koalisiyası bir bəyanat yayaraq, deyib: "Peyk vasitəsilə yayımlanan Dəclə kanalının milyonlarla müsəlmanın hissiyatına hörmətsizliyini və İmam Hüseynin (ə) şəhadəti məsələsi qarşısında dini, sosial, insani əxlaq və peşəkarlıq dəyərlərinə zidd olan mənfi münasibətini nəzərə alaraq, Saerun koalisiyası bu kanalı baykot edir və onun heç bir verilişində iştirak etməyəcək".

İraq mənbələrinin məlumatına görə, bir qrup Bağdad sakini Dəclə kanalının təhqiramiz hərəkətinə etiraz olaraq, bu kanalın binasını yandırıblar.