Həniyə:
Sionist rejimlə münasibətlərin normallaşması uğursuzluğa məhkumdur
Həmasın siyasi bürosunun başçısı Livan Baş naziri ilə görüşündə Sionist rejimlə münasibətlərin normallaşmasının uğursuzluğa məhkum olduğunu söylədi.
SəhərAzəri xəbər verir, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyeh, Livan Baş naziri Həsən Diabla görüşündə deyib: “Livan, məcburi köçkünlük illərində Fələstinlilərə ev sahibliyi etdiyi kimi, indi də Fələstin xalqı, Livan xalqının kədərində şərikdir”.
Haniye, Fələstin məsələsinin əsas detallarına toxunaraq; Köçkünlüyə son verilməsini və köçkünlərin öz yurdlarına qayıtması məsələsinə sadiq qalmağın Fələstinlilərin ən vacib tələbi olduğunu bildirib.
HƏMAS-ın siyasi bürosunun rəhbəri, Sionist rejimlə münasibətləri normallaşdırmaq cəhdinin uğursuzluğa məhkum olduğunu və əsrin rüsvayçı müqaviləsinin tarixin zibilliyində basdırılacağını qeyd edərək Beyrutda Fələstin qruplarının zirvə toplantısına ev sahibliyi etdiyinə görə Livana təşəkkür etdi.