ABŞ şirkəti terrorçularla saziş imzaladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366819-abŞ_şirkəti_terrorçularla_saziş_imzaladı
ABŞ-ın “Delta Crescent Energy” şirkəti Suriyada neft istehsalı ilə bağlı terrorçularla əməkdaşlıq müqaviləsi imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2020 11:51 Asia/Baku
  • ABŞ şirkəti terrorçularla saziş imzaladı

ABŞ-ın “Delta Crescent Energy” şirkəti Suriyada neft istehsalı ilə bağlı terrorçularla əməkdaşlıq müqaviləsi imzalayıb.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki, bu barədə Rusiya və Suriyanın koordinasiya qərargahının birgə bəyanatında deyilir.

Bildirilir ki, ABŞ və müttəfiqlərinin Suriyada iştirakı ərəb ölkəsinin təbii sərvətlərinin talan edilməsinə və bölgədəki gərginlik ocaqlarının alovlanmasına səbəb olur.

“ABŞ-ın “Delta Crescent Energy” neft şirkətinin Suriyanın şimal-şərqində fəaliyyət göstərən terrorçu-separatçı qüvvələrlə neft istehsalı və satışı sahəsində əməkdaşlıq barədə bir razılaşmanın bağlanması bunun bariz nümunəsidir“, - bəyanatda deyilir.