Səudiyyə Ərəbistanının İraqa 40 illik xəyanətinin üstü açılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366828-səudiyyə_Ərəbistanının_İraqa_40_illik_xəyanətinin_üstü_açılıb
Ali Səud rejiminin tənqidçisi 1981-ci ildə İraqın "Təmuz" nüvə stansiyasına edilən bombardmanda Ərəbistanın rolunun olduğunu ifşa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2020 15:46 Asia/Baku
  • Səudiyyə Ərəbistanının İraqa 40 illik xəyanətinin üstü açılıb

Ali Səud rejiminin tənqidçisi 1981-ci ildə İraqın "Təmuz" nüvə stansiyasına edilən bombardmanda Ərəbistanın rolunun olduğunu ifşa edib.

SəhərAzəri xəbər verir, insan haqları müdafiəçisi və Ali Səud rejiminin tənqidçisi Qanim Əd-Dusari bir tvittdə yazıb: "Səudiyyə Ərəbistanının İraqa xəyanəti və sionist rejimlə əməkdaşlığı 1981-ci ilə qayıdır".

Əd-Dusari əlavə edib: "1981-ci ildə İraqın nüvə obyektlərini bombardman edən sionist rejim təyyarələri Səudiyyə Ərəbistanının səması üzərindən keçiblər".

1981-ci il iyun ayında sionist rejimin 8 qırıcısı İraqın "Təmuz" nüvə təsisatlarını bombalayıblar.

Bu təsisatlar Fransanın köməyi və sonralar Parisdə sionistlər tərəfindən terror edilən misirli nüvə mütəxəssisi Yəhya Əl-Məşdin nəzarəti altında tikintinin son mərhələsində idi.