Beyrut limanındakı yanğınla bağlı təhqiqat başlanıb
Livan prokuroru, Beyrut limanında baş vermiş geniş yanğınla bağlı təhqiqata başlayıb.
SəhərAzəri xəbər verir, Dünən Beyrut limanında baş vermiş geniş yanğın avtomobil şini və yağı anbarından başlanıb. Yanğın Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 38 gün bundan öncə bu limanda baş vermiş partlayışda zərərçəkənlərə göndərilmiş 500 min litr qida yağı və qida maddələrinin məhv olmasına bais olub.
Livan prezidenti Mişel Oun bu ölkənin ali müdafiə şurasının iclasında deyib: Yanğın bir sabotaj və ya texniki xəta və səhlənkarlıq ola bilər. Hər nədirsə, səbəbi tez bir zamanda müəyyən edilməli və müqəssirlər cəzalandırılmalıdırlar.
Livanın işlərin irəlilədilməsi hökumətinin ədliyyə naziri bu ölkənin baş prokuroruna yanğının səbəbini araşdırmağı və müqəssirləri tapmağı həvalə edib.
Təhqiqat bu gün səhər Beyrut limanında Livanın baş prokurorunun iştirakı ilə başlanıb.
Bu yanğında xoşbəxtlikdən ölən və ya yaralanan olmayıbdır.