Beyrut limanı kimyəvi maddələrdən təmizləndi;
Livan ordusu kimyəvi maddələri Beyrut limanından çıxartdı
Livan ordusu Beyrut limanında aşkar edilən kimyəvi maddələrin təhlükəsiz yerə köçürüldüyünü bildirdi.
Səhər Azəri bildirir ki, Livan ordusu əhalinin təhlükəsizliyi istiqamətində Beyrut limanında aşkar edilən kimyəvi maddələrin təhlükəsiz əraziyə köçürülməsindən xəbər verib.
Livan ordusu bu xüsusda bir bəyanat yayaraq, Beyrut limanındakı anbarlardan birində müxtəlif növ kimyəvi maddənin aşkar edildiyini bildirib.
Bəyanata əsasən anbarda olan təhlükəli kimyəvi maddələr təhlükəsiz şəkildə başqa məkana köçürülüb.
Beyrut limanındakı 15 nömrəli anbarda aşkar edilən bu kimyəvi maddələr əhalinin təhlükəsizliyi üçün təhdid sayıldığıüçün elmi qaydada təhlükəsiz məkana aparılıb.
Cümə günü Beyrut limanında naməlum səbəblər üzündən yanğın baş verib. Hazırda yanğının səbəbləri araşdırılır.