Bəhreyn xalqının Ali-Xəlifə rejiminin sazişinə qarşı nümayişləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367302-bəhreyn_xalqının_ali_xəlifə_rejiminin_sazişinə_qarşı_nümayişləri
Bəhreyn vətəndaşları Sionist rejimlə münasibətlərin normallaşmasına qarşı olduqlarını bildirdilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2020 15:24 Asia/Baku
  • Bəhreyn xalqının Ali-Xəlifə rejiminin sazişinə qarşı nümayişləri

Bəhreyn vətəndaşları Sionist rejimlə münasibətlərin normallaşmasına qarşı olduqlarını bildirdilər.

SəhərAzəri xəbər verir, Bəhreyn vətəndaşları dünən gecə Bəhreynlə Sionist rejim arasında müqavilə imzalamaq üçün təyin olunmuş tarixdən əvvəl Ali-Xəlifə rejiminə etiraz qaldırıb, Sionist rejimlə münasibətlərin normallaşmasına qarşı olduqlarını bildiriblər.
Əl-Lölö TV, sosial mediadakı səhifəsində bir tvitdə nümayişin videosunu yayaraq əlavə edib ki, Bəhreynli nümayişçilər münasibətlərin normallaşmasına qarşı şüarlar yazılmış plakatlar tutaraq yürüş keçiriblər.
Əl-Lölö şəbəkəsi xüsusi Twitter səhifəsində də  “#التطبیع_خیانة #البحرین” (münasibətlərin normallaşması xəyanətdir) ifadəsi ilə bir hashtag da yaradıb.