Livan işğalçı rejimlə əlaqələrin qurulmasını qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367559-livan_işğalçı_rejimlə_əlaqələrin_qurulmasını_qınadı
Müxtəlif livanlı və fələstinli qrupların nümayəndələri Beyrutun cənubunda, Zahiyə məntəqəsində bir araya gələrək, ərəb başçılarının sionist rejimlə əlaqələrini aşkar müstəviyə çıxartmalarına etiraz ediblər. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2020 10:48 Asia/Baku
  • Livan işğalçı rejimlə əlaqələrin qurulmasını qınadı

Müxtəlif livanlı və fələstinli qrupların nümayəndələri Beyrutun cənubunda, Zahiyə məntəqəsində bir araya gələrək, ərəb başçılarının sionist rejimlə əlaqələrini aşkar müstəviyə çıxartmalarına etiraz ediblər. 

Səhər Azəri bildirir ki, Livanlı və Fələstinli qrupların nümayəndələri Beyrutun Zahiyə məntəqəsində simvolik aksiya təşkil edərək, asılı ərəb rejimlərinin işğalçı İsrail rejimi ilə diplomatik əlaqələr qurmalarını kəskin formada qınayıblar. 

Koronavirus pandemiyası ilə əlaqədar az sayda insanın iştirakı ilə keçirilən aksiyada fələstinli didərginlərin öz torpaqlarına qayıtmaq haqqına təkidin edilməsi və ərəb başçılarının Fələstin xalqına xəyanətinin pislənilməsi üzrə imza toplama kampaniyası başladılıb.