Sen 27, 2020 12:28 Asia/Baku
  • Amerikanın müdaxiləsi yəmənlilərin qırğını amilidir

Yəmən Ali Siyasi Şurasının üzvü Amerikanı və Qərbi Yəməndəki dağıntılar və qırğının əsas amilləri adlandırıb.

SəhərAzəri xəbər verir, Muhəmməd Əli Əlhusi dünən deyib: Amerika, Ərəbistan, İngiltərə, əmirliklər və onlarla müttəfiq olan ölkələrin Yəmənə təcavüz üzrə müdaxilələri bu ölkə xalqına qarşı hücumlar, qırğın və xarabalıqların amilidir.

Əlhusi sonra söyləyib: BMT təcavüzkar ölkələrin razılığını cəlb etmək niyyətilə bu ölkələrin təqdim etdikləri bütün təklifləri qəbul edir, halbuki Sənadakı milli qurtuluş hökuməti tərəfindən təqdim olunan təkliflərin heç birini qəbul etmir.

Yəmən Ali Siyasi Şurasının üzvü bu ölkənin ordusu və xalq komitələrinin Marəb qəbilələrinin həmkarlığı ilə həmin bölgənin azad edilməsi üzrə əzmkarlıqlarını vurğulayıb. Bildirib ki, Marəb qəbilələri şərəflidirlər və bilirlər ki, onların təbii mövqeyi, Yəməni müdafiədir.

Teqlər