ABŞ səfirinin Bağdaddan köçürülməsi barədə xəbərlər yayılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367780-abŞ_səfirinin_bağdaddan_köçürülməsi_barədə_xəbərlər_yayılıb
Müxtəlif mənbələr vasitəsilə ABŞ-ın Bağdaddakı səfirinin bu şəhərdən çıxıb, Erbil konsulluğuna gəlişi ilə bağlı xəbərlər yayımlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2020 10:04 Asia/Baku
  • ABŞ səfirinin Bağdaddan köçürülməsi barədə xəbərlər yayılıb

Müxtəlif mənbələr vasitəsilə ABŞ-ın Bağdaddakı səfirinin bu şəhərdən çıxıb, Erbil konsulluğuna gəlişi ilə bağlı xəbərlər yayımlanıb.

SəhərAzəri xəbər verir, Sky News-un məlumatina gorə, ABŞ-ın Bağdaddakı səfiri, Bağdadi tərk edib və ölkəsinin Ərbildəki konsulluğuna gedib. Sky News müxbiri, ABŞ səfirliyini bağlamaq qərarının bazar ertəsi günü verilə biləcəyini də açıqlayıb.
əl-Məyadin də bildirib ki, ABŞ hökuməti Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi “Yaşıl Zona” adlanan kvartala, xüsusilədə səfirliyinin ərazisinə raketlərin və minaların intensiv atılmasından sonra buradakı nümayəndəliyini tam olaraq təxliyə etmək qərarına gəlib. Məlumata görə artıq ABŞ səfiri Bağdadı tərk edərək, Ərbilə gedib.
ABŞ KİV-lərinin məlumatina görə, ABŞ hətta Bağdaddakı səfirliyi ərazisində havadan müdafiə sistemləri də yerləşdirmişdi.