Fransanın Livanın siyasi proseslərinə müdaxiləsinə reaksiya olaraq
Hizbullah Makrona xəbərdarlıq etdi: Həddinizi bilin!
Sen 29, 2020 19:47 Asia/Baku
Livan Hizbullahı Fransa prezidentinin bu partiyanın Livanda yeni hökumətin təşkil edilməsinə mane olmasına dair iddialarını rədd etməklə yanaşı Makrona xəbərdarlıq edib.
Səhər Azəri bildirir ki, Livan Hizbullahı Fransa prezidenti Emanuel Makrona xəbərdarlıq edib.
Fransa prezidentinin Livan Hizbullahını ölkədə yeni hökumətin təşkilinə mane olmaqda ittiham etməsinə reaksiya olaraq Hizbullah Makrona xəbərdarlıq etdi: "Həddini bil!,
Fransa prezidenti Livanda yeni hökumətin qurulmasına dair irəli sürdüyü təklifin uğursuz alınmasının ardınca, bu təklifin icra müddətini daha 6 həftə uzadıb. Amma, ABŞ-da prezident seçkilərinin nəticəsinin məlum olmasından öncə Livanda yeni hökumətin qurulması ehtimalı çox zəif görünür.