Okt 05, 2020 14:12 Asia/Baku
  • Sionist rejimin Yəməndə müdaxiləsinə aid olan sənədlərin açıqlanması

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Sarı, yəmənin keçmiş rejiminin Sionist rejimlə əlaqələrinin sənədlərini açiğlayaraq, Təl-Əvivin Yəməndəki gəlişmələrdə iştirakını bildirib.

SəhərAzəri xəbər verir, Əl-Məsirə TV-yə görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Sarı mətbuat konfransında deyib: İsrailin Yəmənə qarşı müharibədəki hərbi iştirakına dair dəlillərimizi vaxtında ortaya qoyacağıq.
Sarı vurğulayıb: ABŞ hökuməti keçmiş prezident səlahiyyətlilərini mükafatlandırıb və hava qüvvələrinə hücum gücünü artırmamaları şərti ilə onlara F-5 qırıcıların setallarını verib.
Əl-Məsirə şəbəkəsi bununla bağlı sənədləri aşkarlayaraq  yazıb: Keçmiş rejim dövründə Milli Təhlükəsizlik Təşkilatı tərəfindən verilən sənədlərə görə,  14 iyul 2007-ci il tarixdə İsrail Xarici İşlər Nazirinin müşaviri Brus Kaşdan iki günlük qapalı səfərlə Sənaaya gəlib. İsrail rəsmisinin Yəmənə səfəri zamanı hərbi səviyyədə səlahiyyətlilərlə əməkdaşlıq və Qırmızı dəniz və Bab əl-Məndəbin təhlükəsizliyi müzakirə edilib.
Bu sənədlərə görə, Əli Abdullah Saleh rejimi ilə İsrail arasındakı münasibətlər İsrail nümayəndə heyətlərinin Yəmənə getdiyi 1996-cı ildən başlanıb. 1996-cı il martın əvvəlində İsrail Knessetindən (Parlament) bir heyət Sənaya gedib. Heyət, keçmiş Yəmən rejiminin Əli Abdullah Saleh rəhbərlik etdiyi rəsmilərlə görüşüb və Sionistlərin Tel-Əvivlə Sənaa arasındakı münasibətləri normallaşdırmaq səyləri çərçivəsində məsləhətləşib.
Yəhya Sarı əlavə edib: BƏƏ-nin Sənadakı səfiri Səid əz-Zaabi, 2004-cü ildə ölkəsinin Xarici İşlər Nazirliyinə göndərdiyi notada yazıb: Yəmənlə Yəhudilər arasındakı münasibətləri  normallaşmağa dair cəhdlər ABŞ tərəfindən hazırlanan daha böyük planlar çərçivəsində həyata keçirilir.

Teqlər