40 fələstinli əsir aclıq aksiyası keçirir
Sionist rejim məhbəslərində saxlanılan qırx fələstinli əsir aclıq elan edib.
SəhərAzəri xəbər verir, Bu fələstinli əsirlər aclıq keçirən Mahir Ələxrəsə dəstək olaraq, bu aksiyaya əl atıblar.
Mahir Ələxrəs özünün sionistlər tərəfindən inzibati həbsinə etiraz olaraq, aclıq keçirir. Ona dəstək verən qırx əsir İslami Cihad, Həmas, Fəth və digər fələstinli qruplarından olaraq, sionist rejimin Ufər məhbəsində saxlanılır.
Bu addım müqavimətin Ələxrəsə dəstək istiqamətində atdığı ilk addımdır.
Bundan qabaq Fələstin müqavimət komitəsinin sözçüsü demişdi ki, əgər Mahir Ələxrəs azad edilməzsə, müqavimət raketlə cavab verəcəkdir.
Mahir Ələxrəs 78 gün bundan öncə sionist rejim məhbəslərindəki müvəqqəti həbsinə etiraz olaraq, aclıq elan edibdir. Son günlər onun cismani durumu son dərəcə ağır elan olunubdur.