Okt 13, 2020 16:11 Asia/Baku
  • Həniyyə: “BƏƏ və Bəhreyn sionist rejimlə münasibətlərdən ziyan çəkəcək”

HƏMAS-ın siyasi bürosunun rəhbəri BƏƏ və Bəhreyn rejiminin son nəticədə İsrailin sionist rejimi ilə münasibətlər yaratdığına görə ziyan çəkəcəklərini və rejimin əlində oyuncağa çevriləcəklərini söylədi. İsmayıl Həniyyə müsahibəsində İsrail rejimi ilə BƏƏ və Bəhreyn rejimi arasındakı razılaşma mövzusuna toxunaraq, bu rejimlə müqavilə imzalayan hər bir ərəb ölkəsinin tezliklə təhlükə altında olacağını söyləyib.

SəhərAzəri  parstoday-a istinadla xəbər verir, Həniyyə deyib: "Biz İsrail rejiminin liderlərini onlardan daha yaxşı tanıyırıq, onların necə düşündüklərini bilirik, buna görə BƏƏ rəhbərliyinə onların tezliklə uğursuzluğa düçar olacaqlarını söyləmək istəyirik, çünki İsrail rejiminin tək istədiyi məsələ İrana yaxın ərazilərdə hərbi və iqtisadi tədbirlər görməkdir". HƏMAS siyasi bürosunun rəhbəri sionist layihəsinin məqsədinin böyük İsrail yaratmaq olduğunu və BƏƏ, Bəhreyn rejimi və ya Sudanı bu planın həyata keçirilməsində vasitə olaraq görmək istəmədiyini bildiridi, çünki tarix onlara rəhm etməyəcək, xalqlar edilənləri unutmayacaq. Fələstin xalqının istəklərinin əksinə olaraq, BƏƏ və Bəhreyn rejiminin Xarici İşlər Nazirləri İsrail rejiminin baş naziri Netanyahunun iştirakı ilə və Ağ Evdə ABŞ prezidentinin nəzarəti altında sionist rejimlə münasibətləri normallaşdırmaq üçün sentyabrın 15 də razılaşma imzaladı. BƏƏ və Bəhreyn rejiminin sionist rejimlə münasibətləri normallaşdırmaq üçün etdiyi bu hərəkət İslam dünyasında kəskin etiraz dalğası ilə qarşılaşdı.

Teqlər