Okt 16, 2020 14:36 Asia/Baku
  • İraqda amerikalı hərbçilərin çıxış qrafikası üçün bir komitə yaradılır

İraqın Xarci İşlər Nazirliyi amerikalı hərbçilərin çıxış qrafikasının təqdim olunması üçün bu ölkə ilə Amerika arasında koordinasiya komitəsinin yaradılmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İraq Xarci İşlər Nazirliyinin sözçüsü Əhməd Əlsəhhaf dünən gecə bir açıqlamada bildiribdir ki, bu ölkənin xarici işlər naziri Fuad Hüseynin İraqın milli təhlükəsizlik müşaviri Qasim Ələrəci və təhlükəsizlik işi ilə bağlı bir qrup iraqlı rəsminin nümayəndələri ilə iclasından sonra qərara alınıbdır ki, bu komitə amerikalı hərbçilərin İraqdan çıxmaları üzrə zaman cədvəlinin hazırlanması məqsədilə təşkil edilsin.

Amerikanın yanvarın üçündə Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin və İraqda Əlhəşduşşəbi təşkilatının sədr müavini Əbu Məhdi Əlmuhəndisin şəhadəti ilə nəticələnən Bağdad hava limanına qarşı terror hücumunun ardınca bu ölkə parlamentinin üzvləri həmin ayın beşində amerikalı hərbçilərin İraq ərazisindən qovulmaları layihəsini qəbul etdilər.

İraq parlamenti həmçinin hər bir dəlilə görə, amerikan qüvvələrin bu ölkənin hava məkanından istifadə etmələrinin qadağan olunmasını istədi.

Amerikalı hərbçilərin İraqdan çıxmaları bu ölkə xalqının, həmçinin iraqdakı siyasi qruplardan bir qisminin ən mühüm tələblərindən biridir.

Teqlər