Okt 17, 2020 13:24 Asia/Baku
  • İraq hökuməti Həşdüş-Şəbinin İŞİD-lə mübarizədəki rolunu vurğulayıb

İraq Silahlı Qüvvələrinin Baş Komandanlığının mətbuat katibi , bu ölkənin Suriya ilə sərhədlərində Həşdüş-Şəbinin İŞİD-ə qarşı unikal və önləyici əməliyyatlarının vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, İraq Silahlı Qüvvələrinin Baş Komandanlığının mətbuat katibi Yəhya Rəsul deyib: "Son aylarda Həşdüş-Şəbi qüvvələri bir neçə əməliyyatda çoxlu sayda terrorçunu pusquya salaraq, tutublar. Bu terrorçular İŞİD ünsürlərindən, xarici vətəndaşlardan və bəzisi də suriyalılardan ibarət idilər".

"605 kilometr sahəsi olan Suriya ilə İraq sərhədinin bəzi hissələri Həşdüş-Şəbi qüvvələrinin xüsusi və önləyici əməliyyatları və digər hissələri də İraq ordusu vasitəsilə kontrol edilir və bütün bu qüvvələr silahlı qüvvələrin baş komandanı Mustafa Əl-Kaziminin rəhbərliyi və müdafiə naziri və ordu qərargahının sədrinin nəzarəti altında sərhəd zolağında təhlükəsizliyi mökəmləndirirlər", -deyə İraq rəsmisi qeyd edib.

İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, bu qrupun bir sıra üzvləri hələ də bu ölkənin müxtəlif bölgələrindədirlər və pərakəndə şəkildə terror aktları həyata keçirirlər.

Teqlər