Əl-Kazimi: "Həşdüş-Şəbi İraqın milli təşkilatlarından biridir"
İraqın baş naziri Həşdüş-Şəbinin bu ölkənin milli təşkilatlarından biri olduğunu xatırladaraq, ölkəsinin öz torpağında xarici hərbi qüvvəyə ehtiyaclı olmadığını vurğulayıb.
İRNA-ya istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazimi London şəhərində ingilis dilli mətbuata verdiyi müsahibədə, ölkəsinin öz torpağında xarici hərbi qüvvəyə ehtiyaclı olmadığını bəyan edib.
İraqın baş naziri Avropa turnesinin son dayanacağı olaraq, oktyabrın 20-də London şəhərinə daxil olub və İngiltərənin yüksək vəzifəli rəsmiləri, o cümlədən həmkarı Boris Conson və İngiltərənin müdafiə naziri ilə görüşüb.
O, bundan əvvəl Fransa və Almaniyada olub və bu ölkələrin yüksək rütbəli rəsmiləri ilə siyasi, iqtisadi, hərbi münasibətlər, həmçinin terrorizm ilə mübarizə barədə fikir mübadiləsi aparıb.