İşğal olunmuş Fələstində Netanyahuya qarşı aksiya keçirilib
İşğal olunmuş Fələstin sakinlərindən minlərlə nəfər Netanyahu hökumətinin siyasətlərinə qarşı aksiya keçirib.
SəhərAzəri xəbər verir, Etirazçılar öz şüarlarında korrupsiyasına və koronavirus böhranını idarəetmə tərzinə görə, sionist rejimin baş naziri Benyamin Netanyahunun istefa verməsini tələb ediblər.
Oxşar aksiyalar dalbadal on səkkizinci həftə olaraq, İşğal olunmuş Fələstin şəhərlərinin mindən çox meydanında keçiriləcək.
Cari həftədə keçirilən aksiya Netanyahunun bir alman şirkətdən sualtı qayığın satın alınması sahəsindəkı korrupsiyası məsələsi üzərində təmərküzləşibdir.
Netanyahu onda ittiham olunur ki, «Tisenkrap» adlı alman şirkətdən daha çox sualtı qayığın satın alınması məsələsinə müdaxilə edibdir.
Sionist rejimin nazirlər kabinetinin bir neçə üzvü və yüksək rütbəli sionist zabitlər, həmçinin Netanyahunun yaxınları da alman şirkətlə bağlanmış bu müqavilənin həyata keçirilməsi üçün rüşvət almaqda ittiham olunurlar.