Yəmən ordusu Səudiyyə rejiminin beynəlxalq aeroportunu bombaladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368924-yəmən_ordusu_səudiyyə_rejiminin_beynəlxalq_aeroportunu_bombaladı
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin cənubundakı Əbha Beynəlxalq Hava Limanına PUA ilə hücumun həyata keçirildiyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2020 09:44 Asia/Baku
  • Yəmən ordusu Səudiyyə rejiminin beynəlxalq aeroportunu bombaladı

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin cənubundakı Əbha Beynəlxalq Hava Limanına PUA ilə hücumun həyata keçirildiyini açıqlayıb.

SəhərAzəri Deyerler-ə istinadla xəbər verir ki, general-mayor Yəhya Sərii az əvvəl “Səməd 3” pilotsuz uçuş aparatının (PUA) Əbha Beynəlxalq Hava Limanının içindəki mühüm nöqtəni dəqiq şəkildə hədəfə aldığını və əməliyyatın uğurlu olduğunu yazıb.

Bir saat əvvəl Yəmən PUA-sı Səudiyyə rejiminin cənub-qərbindəki Xamis Muşait hava bazasını bombalayıb. Bu hücumda döyüş təyyarələrinin anqarı “Qasef 2K” hücum PUA-sı tərəfindən dəqiq hədəfə alınmışdı.