Sionist rejimi Fransanın əziz İslam Peyğəmbərinə (s) qarşı həqarətini dəstəklədi
İslam Peyğəmbərinə (s) qarşı edilən təhqirdən sonra, Türkiyə prezidentinin Fransa mallarını boykot etməyə çağırmasından sonra, İsrail rejiminin Xarici İşlər Nazirliyi bu çağırışa qarşı Fransanın yanında olacağını açıqlayıb.
SəhərAzəri Deyerler mediyasının məlumatına istinadən xəbər verir ki, Sionist rejiminin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Sionist rejimin Peyğəmbərimizə (s) davam etdirilən təhqirləri qəbul etdiyini və əsaslandırdığını, həmçinin Fransa prezidenti tərəfindən Rəcəb Tayyib Ərdoğanın Fransa mallarını boykot etmək çağırışına qarşı yanında olacağını söyləyib.
XİN Təl-Əvivin Fransadakı anti-İslam ekstremist siyasəti ilə 2-ci Dünya Müharibəsindən əvvəl faşistlərin yəhudilərə qarşı siyasətləri arasındakı müqayisəni rədd etdiyini bildirib.
Sionist rejiminin XİN sözçüsü belə deyib: "Tel-Əviv hesab edir ki, Fransız mallarına qoyulan embarqo ifadə azadlığı məsələsində ifratçı siyasi sui-istifadədir".
O, həmçinin deyib ki, Sionist rejiminə qarşı boykot çağırışı kimi, bu cür çağırışlar nifrəti artırır.