İraq parlamenti Fransa prezidentinin Peyğəmbərə (s) və İslama qarşı hörmətsizliyini sərt qınadı
Okt 27, 2020 16:00 Asia/Baku
İraq parlamenti bugünkü (27 oktyabr) iclasını Fransanın, xüsusən də Makronun Peyğəmbərimizi (s) və İslam dinini təhqir etməsini kəskin şəkildə qınayıb.
SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, gündəmdəki bəzi qanunları və seçki dairələri ilə əlaqəli qanunları təsdiq etmək üçün toplanan İraq parlamenti, Fransanın prezidenti Emmanuel Makronun Həzrət Peyğəmbərə (s) qarşı söylədiklərini pisləyib.
Bundan əvvəl, İraq parlamentindəki Əl-Fəth koalisiyası Həzrət Peyğəmbərə (s) qarşı edilən bu açıq hücuma ən kiçik reaksiyanın Fransa mallarının boykot edilməsi və İraq hökumətinin Fransa səfirini çağırması və Bağdadın sərt etirazı bildirilməsi olduğunu söyləmişdi.