Səudiyyə qırıcı təyyarələri Yəmənə hücum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i369380-səudiyyə_qırıcı_təyyarələri_yəmənə_hücum_etdi
Səudiyyə təcavüzkar koalisiyasının qırıcı təyyarələri Bazar gecəsi Yəmənin Məarib və Əl-Cof vilayətlərindəki yaşayış sahələrini bombalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2020 12:48 Asia/Baku
  • Səudiyyə qırıcı təyyarələri Yəmənə hücum etdi

Səudiyyə təcavüzkar koalisiyasının qırıcı təyyarələri Bazar gecəsi Yəmənin Məarib və Əl-Cof vilayətlərindəki yaşayış sahələrini bombalayıb.

SəhərAzəri xəbər verir, Səudiyyə təcavüzkar koalisiyasının qırıcıləri Məarib vilayətindəki Rəhbeh bölgəsi və Əl-Cof vilayətində yerləşən Əl-Həzm, Xəb və Əşşəəf bölgələrini hədəfə alıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından bəri Yəmənə hərbi təcavüzə və quru, dəniz və hava mühasirəsinə başlayıb. 
Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən Yəməndə başlayan müharibə nəticəsində, indiyədək 16 mindən çox yəmənli ölüb, on minlərlə insan yaralanıb və milyonlarla yəmənli köçkün düşüb. Ərəbistanın hərbi təcavüzü həm də yoxsul Yəmən ölkəsini ciddi şəkildə ərzaq və dərman qıtlığı ilə üzləşibdirib.
Səudiyyə rejimi və müttəfiqləri bu günə qədər Yəmən xalqının müqaviməti səbəbindən Yəməndəki hədəflərinə (özlərinin Kuklalarını gücləndirmək) çata bilməyiblər.