Terrorizm və Suriyaya qarşı sanksiya didərginlərin qayıdışına mane olur
Suriya prezidenti terrorizmi, sanksiyanı və mühasirəni suriyalı didərginlərin öz ölkələrinə qayıtmaları yolunda maneə adlandırıb.
SəhərAzəri xəbər verir, Bəşşar Əsəd bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinlə video-konfrans formatında keçirilən söhbətdə deyib: Didərginlərin böyük bir hissəsi Suriyaya geri dönmək istəyir. Bu yolda ən böyük maneə/ terrorizm, sanksiya və mühasirədir.
Suriya prezidenti sonra deyib: Didərginlər konfransının keçirilməsi zəruridir və bu məsələ əsaslı şəkildə həll olunmalıdır. Hökumətin prioriteti, didərginlərin Suriyaya geri dönmələridir.
Bəşşar Əsəd vurğulayıb: Didərginlər konfransı suriyalı didərginlərin problemlərinin həlli üçün bir başlanğıc olacaq və qəddarcasına və qanunsuz mühasirəyə son qoyulmalıdır ki, Suriya hökuməti bu ölkə vətəndaşlarının qayıdışı üçün şərait yarada bilmiş olsun.
Rusiya prezidenti Vladimir Putin də bu videosöhbətdə bildiribdir ki, Moskva didərginlər barədə beynəlxalq konfransın keçirilməsini himayə edir və bu konfransda böyük bir heyət təşkil edəcək, zira Suriyada insan faciəsinin həcmi hələ də çoxdur.