İŞİD terrorçuları İraqın şimalında hücumlar edib, itkilər var
İraqın şimalındakı Salahəddin əyalətindəki bölgəyə İŞİD terror təşkilatı tərəfindən edilən hücum zamanı, bir neçə hərbi qulluqçu daxil olmaqla 19 nəfər öldürülüb və yaralanıb. Səlahədin əyalətinin şimalındakı Beyci şəhərinin Əl-Maşak bölgəsində həyata keçirilən terror hücumu nəticəsində 5-i polis olmaqla 11 nəfər öldürülüb.
SəhərAzəri xəbər verir, ölənlər arasında İraq ordusunun 2 əməkdaşı, Həşd Şəbi qüvvələrinin 2 üzvü və 2 mülki şəxs var. Hücumda bir neçə təhlükəsizlik qüvvəsi və mülki şəxs olmaqla 8 nəfər yaralanıb. İraq təhlükəsizlik qüvvələri tərəfindən ölkəni İŞİD terrorçularından təmizləmək üçün həyata keçirilən müxtəlif əməliyyatlara baxmayaraq, terror qruplaşmasının bəzi elementləri Diyala, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad vilayətlərinin bəzi hissələrində fəaliyyət göstərir.