Yəmən şiddətli aclıq təhlükəsi altındadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i369940-yəmən_şiddətli_aclıq_təhlükəsi_altındadır
Təcili tədbir görülməsə, Yəmən dünyanın on illərdir üzləşmədiyi aclıqla qarşı-qarşıya qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2020 05:17 Asia/Baku
  • Yəmən şiddətli aclıq təhlükəsi altındadır

Təcili tədbir görülməsə, Yəmən dünyanın on illərdir üzləşmədiyi aclıqla qarşı-qarşıya qalacaq.

SəhərAzəri xəbər verir, Bu haqda BMT-nin baş katibi Antonio Quterreşin açıqlamasında deyilir. BMT rəhbəri hesab edir ki, bu prosesin səbəbi Yəmən üçün fövqəladə proqramların həyata keçməsində maliyyələşdirilmənin azaldılmasıdır.
Quterreş Yəməndə davam edən döyüş əməliyyatlarının maliyyələşdirmə prosesini zəifləməsinə səbəb olduğunu bildirir. BMT-nin baş katibi ölkəyə təcili yardım göstərməyə və vəziyyəti pisləşdirə biləcək addımlardan çəkinməyə çağırıb. İyunun 25-də BMT baş katibinin İnsani Məsələlər üzrə müavini Mark Loukok, ölkəyə əhəmiyyətli maddi yardım göstərilməyəcəyi təqdirdə, çox sayda yəmənlinin aclıqdan ölə biləcəyi haqqında xəbərdarlıq edib.