Noy 25, 2020 18:50 Asia/Baku
  • Türkiyədə Qaşıqçının qətli ilə bağlı müttəhimlərin mühakiməsi başa çatıb

Türkiyə məhkəməsi səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbul konsulluğundakı qətli ilə bağlı müttəhimlərin qiyabi mühakimənin başa çatdığını bildirib.

SəhərAzəri xəbər verir, Türkiyə məhkəməsinin bildirdiyinə görə, çərşənbə axşamı günü keçirilən iclas Camal Qaşıqçının qətli işi ilə bağlı ikinci və sonuncu iclas idi ki, ona əsasən, Türkiyənin məhkəmə aparatı bu qətl işi ilə bağlı 26 müttəhimi mühakimə edibdir.

Türkiyə prokurorluğu bundan öncə Qaşıqçının qətli ilə əlaqədar altı müttəhim barədə ittiham aktı işləyib hazırlamaqla Ərəbistanın Türkiyədəki baş konsulunun müavini Sultan Yəhya üçün əbədi həbs cəzası, konsulluğun attaşesi Yasir Xalid və digər dörd müttəhim üçün isə altı aydan beş ilədək həbs cəzası istəmişdi.

Prokurorluq qətl işinin başqa iyirmi müttəhiminə qarşı 117 səhifəlik bir ittiham aktı işləyib hazırlayıbldır ki, onda Camal Qaşıqçının adı qətlə yetirilmiş şəxs, onun nişanlısı Xədicə Çingizin adı isə şikayətçi kimi qeyd olunubdur.

Camal Qaşıqçının qətli ilə bağlı müttəhimlərin mühakiməsi Türkiyədə 20 Ərəbistan vətəndaşının qiyabi surətdə mühakimə edilməsilə çərşənbə axşamı günü bərpa edildi.

Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Ərəbistanın Türkiyənin İstanbul şəhərindəki konsulluğuna daxil olduqdan sonra itkin düşdü və səud başçıları həftələrlə təkzibdən sonra, sonda bu jurnalistin qeyd olunan konsulluqda qətlə yetirildiyini etiraf etdilər.

Teqlər