Dek 02, 2020 22:16 Asia/Baku
  • Sionist rejimin sığorta şirkətlərindən biri kiber hücuma məruz qalıb

Sionist rejim nümayəndələri xüsusi bir bildiriş yayaraq, Fələstinin işğal olunmuş ərazilərində böyük bir sığorta şirkətinin kiber hücuma məruz qaldığını bildiriblər.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, kiber hücuma məruz qalan "Şirbit" sığorta şirkətinin direktoru mediaya verdiyi müsahibədə deyib: "Biz kiber hücuma məruz qaldığımızı yaxşı bilirik. Amma bunun üçün kimin məsuliyyət daşıdığını bilmirik. Hücumların qarşısını almaq üçün saytı İnternetdən ayırmışıq və yaxın saatlarda hücumun sona çatacağına ümid edirik. Bu hücum nəticəsində müştərilərin şəxsi məlumatları internetə sızdırılıb və biz bu məsələni izləyirik".

 "Black Shadow" adı ilə tanınan hakerlər qrupu bu hücumun səbəbkarı olduğunu iddia edib və oğurlanmış məlumatların nümunələrini və şəkillərini yayıb. Hakerlər işçilərə aid olduğunu iddia etdikləri şəxsiyyət sənədlərinin və müxtəlif sığorta müqavilələrinin şəkilləri və hətta bir işçi ilə şirkətin bir müştərisi arasındakı söhbətin səs yazısından əlavə oğurlandıqları məlumatların həcmi ilə bağlı siyahınıda dərc ediblər.

Sionist rejimin kiber agentliyi oğurlanan məlumatların həssas olmadığını iddia edib. Şirkətin direktoru da dövlət işçilərinin iştirak etdiyi tenderlə bağlı heç bir məlumatın dərc edilmədiyini iddia edib.

Teqlər