Dek 03, 2020 12:56 Asia/Baku
  • Suriya rəsmisi Colan təpələrinin azad ediləcəyini vurğulayıb

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Cəfəri bildirib ki, Colan təpələri ilə bağlı BMT qətnamələri tətbiq olunmalıdır.

SəhərAzəri xəbər verir, Bəşşar Cəfəri açıqlamasında qeyd edib ki, qətnamələr tətbiq olunmadığı üçün ABŞ və İsrail rejimi beynəlxalq hüququ pozurlar.

"Dünya xalqlarının özlərinin öz müqəddəratını təyin etmə haqqı vardır. ABŞ ya da İsrail rejimi bu haqqı tapdalaya bilməzlər", - deyə Bəşşar Cəfəri diqqətə çatdırıb.  

Suriyanın BMT-dəki daimi nümayəndəsi açıqlamasında qeyd edib ki, Suriya dövləti tezliklə Colan təpələrini işğaldan azad edəcək. 

Teqlər