Dek 07, 2020 17:31 Asia/Baku
  • ABŞ və Ərəbistan Yəməndə yeni fitnə ardıncadırlar

Məlumatlı mənbələr, ABŞ-ın Yəmənin şərqində yerləşən Əl-Məhrə vilayətinə nəzarəti ələ keçirməyə çalışdığını deyirlər. Bu mənbələr ABŞ səfiri Kristofer Henzelin Əl-Məhrə vilayətinə qəfil səfərinə toxunaraq, bu vilayətin ABŞ və Səudiyyə ünsürləri tərəfindən tam işğalı üçün bir planın olduğunu bildiriblər.

SəhərAzəri xəbər verir, Mənsur Hadinin başçılıq etdiyi Yəmənin istefa vermiş hökuməti nəzdində ABŞ-ın səfiri Kristofer Henzel Səudiyyə Əərbistanın səfiri Məhəmməd Ali Cabir ilə birlikdə Yəmənin Əl- məhrə vilayətinə səfər edib. Yəmənin Sənadakı Milli Qurtuluş hökuməti bu görüşü qınayıb və onu amerikalıların ayaqlarını açmaq və sionist rejimlə birlikdə işğalçılıq planlarını həyata keçirmək üçün zəmin yaratmaq kimi xarakterizə edirlər.

ABŞ və Ərəbistan səfirlərinin Əl-Məhrə vilayətindən görüşlərinin nəticəsi bu iki ölkə hərbçilərinin bu vilayətin sahillərinə göndərilməsi idi. Eyni zamanda ABŞ-ın Mərkəzi Komandanlığı da Yəmənin şərq sahilləri yaxınlığında onun Terrorizm ilə mübarizədə əməkdaşlıqları artırmaq adlandırdığı məqsədlə dəniz təlimlərinin keçiriləcəyindən xəbər verib.Yəmənin şərq bölgəsi strateji əhəmiyyətə malikdir və oradan Ərəb dənizi və Sakit Okeanda dənizçiliyi nəzarətdə saxlamaq mümkündür.

ABŞ və sionist rejimin Yəmənin strateji mövqelərinə nəzarəti ələ keçirmək üçün artıqtamahlığı ilə yanaşı Səudiyyə Əərbistanı da öz neft borularını Yəmənin Əl-Məhrə vilayəti vasitəsilə Ərəb dənizinə çatdırmaq istəyir. Bütün bu artıqtamahlıqlar Yəmən xalqı və qəbilələrinin müxalifəti ilə üzləşib. Etirazçılar bu vilayətin işğalını kəskin şəkildə qınayır və əcnəbilərin bu vilayətdə mövcudluğu ilə mübarizəni özlərinin ayrılmaz haqqı hesab etdiklərini bildiriblər.

Teqlər