Dek 07, 2020 17:41 Asia/Baku
  • Sionist rejim qaçaqmalçıları BƏƏ-də at oynadır

Sionist mənbələr bildiriblər ki, Birləşmiş Ərəb Əmirlikləri, Təl-Əvivlə münasibətlərini normallaşdırandan bəri İsrail rejim narkotik maddələr qaçaqmalçıları Dubayda meydan suluyurlar.

SəhərAzəri xəbər verir, Sionist rejim televiziyasının 12-ci kanalı bir reportajda, bu rejimin yüksək vəzifəli təhlükəsizlik işçisinə istinadən bildirib ki, İsrail rejimin bir çox cinayətkar təşkilatlarının başçıları və narko tacirləri öz cinayət fəaliyyətlərini BƏƏ-nin ən mühüm ticarət şəhəri olan Dubaya köçürməyə başlayıblar.

Sionist rejimin yüksək rütbəli bir zabiti bildirib ki, bu sionist cinayətkarlar özlərini tacir kimi təqdim edirlər və təhlükəli cinayətkar olduqlarını gizlədirlər. Yəni zahirdə daşınmaz əmlak almaq, qida layihələri və otel xidmətlərində iştirak etməkdən söhbət edirlər, Lakin əslində narkotik maddələrin qaçaqmalçılığı ilə əldə etdikləri çirkli pulları yuyurlar.

Sionist rejimin bu hərbi nümayəndəsi hazırda ən azı onlarla sionist cinayətkarın Birləşmiş Ərəb Əmirliklərində olduğunu və saxta ad və ünvanlarla iş adamı qismində müxtəlif şirkətlərlə müqavilələr imzaladıqlarını açıqlayıb.

Bu sionist zabit vurğulayıb: "Dubayda bir aydan çox işləyən sionistlər haqqında məlumatlar toplayırıq və onalrı və ya agentlərini ələ keçirmək üçün izləyirik və bu sionist cinayətkarların Dubayda yüz milyonlarla dollar çirkli pullar yuduqlarına inanırıq".

ABŞ prezidenti Donald Trampın BƏƏ və sionist rejim arasında münasibətləri normallaşdırma prosesini sürətləndirmək üçün cəhdləri fonunda Əbu Dabi və Təl-Əviv avqustun 13-də diplomatik əlaqələri tam bərpa etmək barədə razılığa gəliblər.

Teqlər