İsrail rejimi Rusiyanın Təl-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Sionist rejim KİV-ləri Rusiya səfirinin “Yerusalem Post” qəzetinə verdiyi müsahibədə, anti-sionist açıqlamaları fonunda çağırıldığını bildiriblər
SəhərAzəri xəbər verir ki, sionist KİV-lər bildiriblər ki, sionist rejimin Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Anatoli Viktorovu Təl-Əvivə qarşı verdiyi açıqlamalara görə, çağırıb.
Rusiyanın Fələstinin işğal olunmuş ərazilərindəki səfiri, "sionistlərin İrana qarşı iddialarını rədd edərək, "Regiondakı problemlərin kökündə İran deyil, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, regional təhlükəsizliyə xələl gətirən İsrail rejimidir" deməsindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
“Sputnik Rusiya” xəbər agentliyi bu haqda bildirib ki, sionist rejimin Xarici İşlər Nazirliyi iddia edir ki, Rusiya səfirinin “Yerusalem Post” qəzetinə verdiyi açıqlamalar, Yaxın Şərqdəki həqiqətləri əks etdirmir.
“Yerusalem Post” qəzetinin məlumatına görə, Rusiya səfiri deyib: “Regionun problemi İranın fəaliyyətləri deyil, problem bölgədəki ölkələrin bir-birlərini anlamamasıdır, digər bir problem isə İsrail-Fələstin münaqişəsi və İsrail-Ərəb münaqişəsi ilə bağlı BMT qətnamələrinə əməl edilməməsidir."
Sputnik-in məlumatına görə, İsrail rejimin Xarici İşlər Nazirliyi Rusiya səfirinin sözlərindən bəzilərinin dəqiq şəkildə nəql edilmədiyini iddia edərək, sözlərini “Yerusalem Post" qəzetinə izah etmək niyyətində olduğunu bildirib.
Rusiyalı diplomat, həmçinin sionist rejimin nüvə anlaşmasının İran tərəfindən pozulması ilə bağlı iddialarını rədd edib və bu qənaətdə olmadığını söyləyib.