İŞİD-ə qarşı yeni plan hazırlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i370747-İŞİd_ə_qarşı_yeni_plan_hazırlanıb
İraqın terrorla mübarizə qüvvələrinin sədri bildirib: "Çətin keçilən dağlıq və səhra bölgələrində aparılan əməliyyatda 250 mühüm terror ünsürü tutulub və 50-dən çox terrorçu öldürülüb".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2020 11:05 Asia/Baku
  • İŞİD-ə qarşı yeni plan hazırlanıb

İraqın terrorla mübarizə qüvvələrinin sədri bildirib: "Çətin keçilən dağlıq və səhra bölgələrində aparılan əməliyyatda 250 mühüm terror ünsürü tutulub və 50-dən çox terrorçu öldürülüb".

SəhərAzəri xəbər verir, İraqın terrorla mübarizə qüvvələrinin sədri Səbah Ən-Numan İŞİD yaraqlılarının qalıqlarının məhv edilməsi və İŞİD-ə qarşı misli görünməmiş əməliyyatlar aparılması üçün strateji plan hazırlandığını elan edib. Səbah Ən-Numan son altı ayda İŞİD-ə qarşı 150-dən çox əməliyyatın həyata keçirildiyini söyləyib və qeyd edib: "Çətin keçilən dağlıq və səhra bölgələrində aparılan əməliyyatda 250 mühüm terror ünsürü tutulub və 50-dən çox terrorçu öldürülüb".

Ən-Numan bildirib ki, terrorçuların yerləşdiyi yer haqda məlumatlar kifayət qədər çox dəqiq idi. Ən-Numan ayrıca, terrorla mübarizə aparatının ekstremizm və terrorçu şəbəkələrə qarşı mübarizə aparmaq üçün strateji plan hazırladığını və terrorçuların Diyala, Səlahəddin, Kərkük, Ənbar vilayətinin qərbindəki nöqtələrini atəşə tutduğunu söyləyib.