Həzrət Zeynəbi-Kübra(s.ə)-nın səadətli mövlud mərasimi o həzrətin pak hərəmində keçirilib
Vəhy və peyğəmbərlik xanədanının şərəfli xanımı, Həzrət Zeynəbi-Kübra(s.ə)-nın səadətli mövlud mərasimi o həzrətin pak hərəmində əzəmətli bir şənliklə keçirilib.
Vəhy və peyğəmbərlik xanədanının şərəfli xanımının mövlud şənliyinin o həzrətin pak hərəmində keçirilməsi düşmənlərə göstərdi ki, heç vaxt Həzrət Zeynəb bir daha əsir olmayacaq.
Maraqlı burasıdır ki, doqquz il müharibədən sonra bu il ilk dəfə bu mərasim bu böyük xanımın şərif zirehi kənarında keçirilib.
Mərasim iştirakçılarından biri deyir: "Biz bu müddətdən sonra xanım Həzrət Zeynəb(s.ə)-nın hərəmində belə bir əzəmətli mərasim keçirə bilməyimizə görə, şəhidlərin qanlarına borcluyuq. Hərəm müdafiəçiləri şəhidlərinin, xüsusən hərəm müdafiəçilərinin seyyedüş-şühədası Hacı Qasim Süleymaninin qanlarına borcluyuq".
Bu il bu müqəddəs ziyarətgahda misilsiz asayiş və təhlükəsizlik bərqərardır. Daha təkfirçilərin təhdidindən bir xəbər yoxdur.
Zeynəbiyyə bölgəsinin sakinlərindən olan Əhməd terrorçularla müharibənin sərt günlərini xatırlayır.
O, deyir: "Çətin günlər idi. Mühasirədən tutmuş təhdid və terror partlayışlarınadək. Amma hərəm müdafiəçiləri olan şücaətli insanların ciddi-cəhdi və qeyrətli xalqın müqaviməti ilə vəhhabi təkfirçiləri məğlub etdik".
Bu mərasim peyğəmbərlik xanədanına məhəbbət və Hüseyn müqavimət məktəbinə söykənmə səhnələrinin təzahürü idi.
Şəhid Hacı Qasim Soüeymaninin şagirdləri- hərəm müdafiəciləri olan şücaətli insanlar nəinki bu müqəddəs ziyarətgahda təhlükəsizliyi bərqərar etdilər, həm də tezliklə bütün Suriya ərazisini terrorçuların vücudundan təmizləyəcəklər.