Suriyada "Qəsəd" qüvvələri ilə Türkiyənin tabeliyində olan ünsürlər arasında döyüşlər şiddətlənib
Suriyalı mənbələr kürd demokratik qüvvələrlə Türkiyə ordusunun tabeliyində olan ünsürlər arasındakı döyüşlərin kəskinləşməsindən xəbər veriblər.
SəhərAzəri xəbər verir, Suriyanın şimalındakı Əlriqqə bölgəsinin şimal ətrafında yerləşən «Əyn İsa» şəhərinin şimal-qərbində baş verən bu döyüşlər indiyədək
iki tərəfin qüvvələrindən bir qrupun yaralanması və ölməsi ilə nəticələnib.
Suriyalı mənbələr həmçinin Türkiyənin ordu qüvvələrinin Hələbin şimal ətrafında kürd qüvvələrin mövqelərinə qarşı ağır raket hücumlarından xəbər veriblər.
Digər tərəfdən, Suriya insan haqları gözətçisi adlı qrup/ «Fəyləq əl-Şam» terrorçuları başçısının Hələb vilayətinin Əfrin bölgəsində baş verən bomba partlayışı nəticəsində öldürülməsindən xəbər verib.
Amerikanın tabeliyində olan kürd demokratik qüvvələri və Türkiyə ordusunun tabeliyində olan ünsürlər qanunsuz şəkildə Suriyanın şimalı və şimal-şərqində iştirak edirlər. Onlar bu ölkənin neft resurslarını talan etməkdən əlavə, suriyalı qüvvələrə və yerli sakinlərə qarşı addımlar atırlar.