Dek 26, 2020 22:50 Asia/Baku
  • Müqtəda əs-Sədrin İrandan

İraqdakı Sədr hərəkatının lideri bir açıqlamada İraqı İran-Amerika qarşıdurmasından uzaqlaşdırmağın vacibliyini vurğuladı.

SəhərAzəri İSNA-nın məlumatına istinadla xəbər verir,  İraqdakı Sədr fraksiyasının lideri Müqtəda əs-Sədr öz Twitter səhifəsindəki açıqlamada belə yazıb: "Görünən budur ki, hökumətin zəifliyi və millətlər arasındakı uçurum səbəbindən İraq hərbi, təhlükəsizlik, siyasi və viral qarşıdurma sahəsinə çevrilib".

Müqtəda əs-Sədr açıqlamasına belə davam etdirib: "İran İslam Respublikasından - əziz qonşumuzdan - İraqı münaqişədən uzaqlaşdırmasını xahiş edirəm.

Bəyanatının "son tələb" adlandırdığı başqa bir hissəsində ABŞ-a belə xəbərdarlıq edilib: "Və işğalçıları İraqı münaqişəyə sürükləməməsi barədə xəbərdar edirəm."

İraqdakı Sədr firqəsinin lideri sonda vurğulayıb: İraq ölkəsi Əli İraqı, və Hüseyn İraqıdır. İraq həqiqi şiəlik beşiyi və işğalçılara qarşı ilk müqavimətin mənbəyidir və Allahdan başqa heç kimə təslim olmaz.

ISNA-nın verdiyi məlumata görə, Donald Tramp cümə axşamı səhər çağı Twitter səhifəsində heç bir dəlil gətirmədən və sadəcə bir neçə naməlum minaatan mərmisinin şəklini paylaşaraq İranı bazar günü ABŞ-ın Bağdad səfirliyinə raket hücumu etməkdə ittiham edib və yazıb: Ber Amerikalı öldürülürsə, mən İranı məsul hesab edəcəyəm.

Donald Trampın tvitindən bir neçə saat sonra Məhəmməd Cavad Zərif ABŞ prezidentinin ittihamına iki tvitlə cavab verdi. "Vətəndaşlarınızı xaricdə təhlükəli bir vəziyyətə gətirmək. heç də diqqətləri evdəki fəlakət və uğursuzluqlardan yayındırmayacaq" deyə Zərif yazdı.

 

 

 

 

Teqlər