HƏMAS işğalçı sionistlər qarşısında silahlı müqavimətə təkid edib
Fələstin İslami Müqavimət Hərəkatı Həmas hələ də sionist düşmənlə mübarizəyə son qoymağın yeganə variantının silahı müqavimət olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Fələstin İnformasiya Mərkəzindən verilən məlumata görə, HƏMAS Hərəkatı sionist rejimin Qəzzəyə qarşı 22 günlük müharibəsinin ildönümü münasibətilə bir bəyanat yayaraq, vurğulayıb: "Biz müharibəyə tələsmirik, Lakin əgər sionist düşmən Fələstin xalqına qarşı təcavüz və fələstinlilərin qanını tökmək niyyətindədirsə, onu təsəvvür etmədiyi bir şəkildə təəccübləndirəcəyik və Qəzzədən məğlub ayrılacaq".
HƏMAS, fələstinli əsirlərin azad edilməsinin hələ də HƏMAS-ın müqəddəs və uca hədəfi olaraq, qaldığını və əsirlər azad olunana qədər müqavimətin bir an da olsun belə dayanmayacağını vurğulayıb.
Bəyanatın davamında əlavə edilib: "Bu il, 2008-ci il müharibəsinin ildönümündə, müqavimət keçmişdəkindən daha hazır və daha güclüdür, xalqın ona dəstəyi də güclənibdir və məhbusların azad edilməsi hələ də onun əsas prioriteti olaraq, qalır".
Qeyd edək ki, sionist rejim 2008-ci il dekabrın 27-də HƏMAS Hərəkatını məhv etmək məqsədilə hərtərəffli bir müharibəyə start verdi ki, 22 gün sürdü. Bu müharibə sionistlərin arasında "Ərimiş qurğuşun" və fələstinlilərin arasında "Qəzzə qırğını", "22 günlük müharibə" və ya "Furqan müharibəsi" adı ilə xatırlanır. Bu müharibədə min 450-dən çox fələstinli şəhid oldu və 5 mindən çox insan yaralandı.