Dek 29, 2020 23:39 Asia/Baku
  • Həzrət Rüqəyyanın (ə) hərəmində Əyyami Fatimə (s.ə.) məclisi keçirildi

Tehranın müvəqqəti imam-cüməsi höccətül-İslam Kazım Siddiqinin iştirakı ilə cəməduəl-əvvəl ayının 13-cü gecəsində İmam Hüseynin (ə) reyhanəsi Həzrət Rüqəyyanın (s.ə.) Dəməşqdəki mütəhhər hərəmində Əyyami Fatimə (s.ə.) mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Tehranın müvəqqəti imam-cüməsi höccətül-İslam Kazım Siddiqinin iştirakı ilə cəməduəl-əvvəl ayının 13-cü gecəsində İmam Hüseynin (ə) reyhanəsi Həzrət Rüqəyyanın (s.ə.) Dəməşqdəki mütəhhər hərəmində Əyyami Fatimə (s.ə.) mərasimi keçirilib.
Müqəddəs ziyarətgahda şəhər əhalisinin iştirakı ilə keçirilən mərasim koronavirus epidemiyasına görə, sağlamlıq protokollarına uyğun təşkil olunub.
Bu mərasimdə Tehranın müvəqqəti imam-cüməsi höccətül-İslam Kazım Siddiqi Həzrət Rüqəyyanı (s.ə.) salamladıqdan sonra, Həzrət Zəhranın (s.ə.) müsibətli şəhadətindən danışıb. Daha sonra məddah Mehdi İsmaili rövzə və mərsiyələr oxuyub, məclisdə əzadarlıq olunub.

Teqlər