Sionist rejim son bir ildə Qəzzaya qarşı 300 hücum həyata keçirib
Yeni statistik məlumatlar göstərir ki, Sionist rejimi 2020-ci ildə Qəzzada təxminən 300 nöqtəni hədəfə alıb.
SəhərAzəri Farsnews xəbər agentliyinə istinadən bildirir ki, Sionist rejiminin ordusu, illik hesabatında Qəzzadakı hərbi əməliyyatlara dair statistik məlumat verib.
Hesabatda bildirilir ki, son bir ildə Qəzzadan işğal olunmuş ərazilərə 176 mina və raket atılıb və Dəmir Qübbə sistemi 80 raketi dəf edib. Buna qarşı sionist rejim Qəzzada hava hücumları, top, helikopter, birbaşa atəş və pilotsuz təyyarələrlə təxminən 300 nöqtəni hədəfə alıb.
Məlumata görə, İordan çayının qərb sahilində fələstinli gənclərlə gəlmə sionist əsgərlər arasında 1500 qarşıdurma olub. Fələstinli gənclər sionist əsgərlərə qarşı 31 dəfə odlu silahdan, 12 dəfə soyuq silahdan istifadə ediblər.
İşğal altındakı bölgələrin şimal sərhədində, sionist ordunun Livan-Suriya sərhədinə 80 tank mərmisi atıb və Suriyanın içərisindəki hava hücumlarının sayı 50 olub.