Yəməndə olan Səudiyyə komitəsinin bazasında partlayış olub
Yan 04, 2021 09:03 Asia/Baku
Yəməndəki RT müxbirinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı komitəsinin Şukra şəhərində yerləşən bazasında bomba partlayıb.
SəhərAzəri xəbər verir, Yəməndə olan bir RT müxbiri Bazar günü Yəmənin cənub-şərqində yerləşən Abyandakı mənbələrə istinadən bildirib ki, Sahil şəhəri Şukra şəhərində bir bomba partlayıb.
Mənbələr bu dəhşətli partlayışın şəhəri sarsıtdığını əlavə edib. Səudiyyə Ərəbistanın xüsusi komitəsinin istefa edən hökumət qüvvələri ilə Güney Keçid Şurasının qüvvələri arasındakı atəşkəsə nəzarət edən və təmas xəttindən geri çəkilmə qərargahı bu partlayışın hədəfi idi.
Bu partlayışın səbəbi və onu torədilənlər hələ müəyyən edilməyib və itki yoxdur.