HƏMAS və İslami Cihad İbrahim Əl-Xəlil məscidinin bağlanmasını qınadı
HƏMAS və İslami Cihad hərəkatı İsrail rejiminin yeni növ koronavirus (Kovid-19) epidemiyasından istifadə edərək, İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərində Həzrət İbrahim (ə) peyğəmbərin qəbri olduğu İbrahim Əl-Xəlil məscidini bağlamasını qınayıb.
SəhərAzəri xəbər verir ki, HƏMAS-ın mətbuat sözçüsü Hazim Qasım Anadolu Agentliyinə verdiyi açıqlamasında, bunları deyib: “Bu İsrail rejiminin fələstinli və ərəb kimliyinə qarşı apardığı müharibənin bir hissəsi olaraq müsəlmanların müqəddəslərinə qarşı hücumdur.
H.Qasım beynəlxalq təşkilatlardan müqəddəslərə hücumlarını dayandırması və dini ayinlərini yerinə yetirmək istəyən Fələstin xalqına hörmət göstərməsi üçün İsrail rejiminə təzyiq göstərməsini istəyib.
İslami Cihad hərəkatı yazılı bəyanatında İbrahim Əl-Xəlil məscidinin bağlanmasını sistematik terrorizm kimi xarakterizə edib.
Açıqlamada bu qərarın müqəddəsləri hədəf alan sionist layihəsinin bir hissəsi olduğu qeyd edilib və İsrail rejiminin bu siyasətlərinə qarşı mübarizə aparmaq üçün məscidlərdə namazı davam etdirmək və İsrail rejiminin qərarlarına meydan oxumaq lazım olduğu vurğulanıb.
İbrahim Əl-Xəlil məscidinin müdiri Hifzi Əbu Sunəynə dünən İsrail rejiminin Kovid-19 bəhanəsi ilə məscidi 10 günlük bağladığını və bu qərara əməl etməyəcəklərini söyləmişdi.
Xatırladaq ki, Əbu Sunəynə dekabrın 4-ü verdiyi açıqlamasında isə, İsrail rejiminin 2020-ci ildə İbrahim Əl-Xəlil məscidində 634 dəfə azan oxumasını qadağan etdiyini bildirib.