İraqın cənubunda müqavimət şəhidlərinin ildönümü keçirildi
İraqın cənubundakı Bəsrə şəhərinin sakinləri bu gün (8 yanvar) müqavimət komandirləri şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsinin ildönümünü qeyd ediblər.
SəhərAzəri xəbər verir ki, İraqın Əl-Həşduş Şəbi İnformasiya Bürosunun verdiyi məlumata görə, Davud Əl-Aşur Hüseyniyyəsində təşkil edilən mərasimdə xeyli sayda şəhər sakini iştirak edib.
2020-ci ilin yanvarın 3-ü səhər saatlarında İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi Qüvvələri komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndis və təşkilatın digər bir neçə üzvü Trampın əmri ilə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın PUA hücumunda terror edilmişdi. Buna cavab olaraq İraq parlamenti ABŞ əsgərlərinin ölkədən qovulması planını təsdiqləmişdi.